Edinson Kavani uğurlarının sirrini açıqladı

14:14 - 3 Yanvar 2018

Fransa I Liqasının bombardiri olan PSJ-nin hücumçusu Edinson Kavani açıqlama verib.

 

Sportal.az xəbər verir ki, uruqvaylı futbolçu uğurlarının sirrini açıqlayıb. Kavani balıq tutmağın ona faydalı olduğu bildirib:

 

"Balıq tutmaq məni rahatlaşdırır və sakitləşdirir. Bir hücumçu kimi gözlərimi diqqətli edir. Balığı tutmaq üçün doğru zamanı gözləməlisiz. Bu, futbolda qol vurmağa bənzəyir. Hücum edərkən düzgün zamanı seçmək lazımdır. Balığı ovlamaq üçün səbirli olmalı və ayıq davranmaq lazımdır. Bir anda həmlənizi etməlisiniz. Futbolda da belədir".

 

PSJ tarixinin ən çox qol vuran oyunçusu olan 30 yaşlı forvard bu mövsüm 26 oyuna 25 qol vurub və 4 assist edib.

Xəbər xətti