PSJ-nin futbolçusu "Mançester Yunayted"in hədəfində

14:56 - 3 Yanvar 2018

PSJ-dən ayrılacağı gözlənilən Lukas Moura ilə maraqlanan klublardan birinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü "Mançester Yunayted"in hədəfindədir. Fransa mətbuatında yer alan məlumata görə, "qırmızı şeytanlar" bu keçidə görə PSJ ilə ilk görüşünü keçirib. Xəbərdə qeyd edilir ki, PSJ Mouranın ayrılmasına müsbət yanaşır.

 

2013-cü ildə "Sao Paolo"dan PSJ-yə 40 milyon avroya transfer edilən vinger bu mövsüm 6 oyunda (79 dəqiqə) şans qazanıb və 1 qol, 1 assistlə yadda qalıb.

Xəbər xətti