"Barselona"da Dembele sevinci

17:11 - 3 Yanvar 2018

“Barselona”nın yarımmüdafiəçisi Usman Dembele zədəsini sağaldıdib. 
 
Sportal.az xəbər verir ki, belindən xəsarət alan fransız futbolçu artıq meydana qayıtmağa hazırdır. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xatırladaq ki, 20 yaşlı futbolçu 2017-ci il sentyabrın ortasında zədələnmişdi. Artıq sıraya qayıdan Dembelenin “Levante” ilə görüşdə meydana çıxacağı gözlənilir. 

 

Qeyd edək ki, Usman Dembele Kataloniya klubunun heyətində cəmi 3 görüşdə forma geyib.

 

Xəbər xətti