Millimizin sabiq üzvü klubsuz qaldı

Millimizin sabiq müdafiəçisi Ufuk Budak klubsuz qalıb.

 

Sportal.az xəbər verir ki, cinah müdafiəçisi mövsümün əvvəlindən çıxış etdiyi "Samsunspor" klubundan ayrılıb.  

 

Bu barədə məlumatı Samsun təmsilçisinin idman direktoru Coşkun Zeren verib. Klub rəsmisi bildirib ki, Ufukla yanaşı 5 futbolçu maaşını ala bilmədiyi üçün komandadan ayrılıb. Millimizin sabiq üzvüvün keçmiş klubu "Manisaspor"la danışıqlar apardığı bildirilir. 

 

Qeyd edək ki, Ufuk Budak "Smasunspor"a "Manisaspor"dan transfer olunmuşdu.  

Tarix: 4 Yanvar [14:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Aprel 2018
20  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio