Yunis Hüseynov: "Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq"

“Kəpəz”in qış fasiləsi başa çatmaq üzrədi. Bir aydan çox davam edəcək hazırlıq müddətindən əvvəl futbolçular tibbi müayinədən keçəcəklər. Komandanın üzvəri bu gün və sabah həkim nəzarəti altında olacaqlar. Yanvarın 7-dən isə “sarı-göylər” məşqlərə start verəcəklər.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Yunis Hüseynov klubun saytına açıqlama verərək fasilə dövrü və dəyişikliklərlə bağlı fikirlərini dilə gətirib:

 

“Yəqin ki, fasilə müddətində məndən başqa hamı yaxşı istirahət etdi (gülür). Çünki bütün günü oyunçu axtarışları ilə məşğul oldum, dincəlmək bilmədim. Əsas işim-gücüm bu istiqamətdə idi. Bu vaxtlarda oyunçu tapmaq, seçmək çox çətindi. Amma yaxşı komanda formalaşdırmağa çalışacağıq. “Kəpəz”dən gedən futbolçular oldu, onlara uğurlar arzulayırıq. Heyətdə qalan uşaqlar elə fikirləşməsinlər ki, artıq yerlərini möhkəmləndiriblər, əsla belə deyil. Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq. Verdiyimiz şansdan lazımınca yararlanmalı, özlərini yaxşı tərəfdən göstərməli, təsdiq etməlidilər. Dəyişikliklər bundan sonra da mümkündü”. 

Tarix: 4 Yanvar [15:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio