“Qarabağ”ın futbolçusu ilin 12 şəxsiyyəti arasında

16:29 - 4 Yanvar 2018

“Qarabağ”ın futbolçusu Donald Gerye vətənində növbəti dəfə fərqləndirilib.

 

Sportal.az xəbər verir ki, Haiti yığmasının üzvü bu ölkədə geridə qalan 2017-ci ilin ən dəyərli 12 şəxsiyyəti sırasına düşüb.

 

Belə bir seçimi Haitinin nüfuzlu “Le Nouvellist” nəşri edib. Mətbu orqan Geryenin bu siyahıya düşməsini belə izah edib: “Vayld Donald Gerye karyerasına yerli çempionatda başlayıb Çempionlar Liqasında çıxış edən ilk haitili futbolçu oldu. Azərbaycanın “Qarabağ” klubu ilə Avropada elitar səviyyədə özünü göstərən futbolçumuz öz mövqeyində KONKAKAF zonasının da ən yaxşısı seçilmişdi. O, 2017-ci ildə Haitinin ən yaxşı təmsilçilərindən biri oldu. Gerye bir daha sübut etdi ki, bu ölkədə istedadlı insanlar yetişir. Ümid edirik ki, o, milli komanda səviyyəsində də bizi sevindirəcək”.

 

Qeyd edək ki, Donald Gerye mövsümün əvvəlində “Alanyaspor”dan “Qarabağ”a transfer olunmuşdu.

Xəbər xətti