Taffarel "Qalatasaray"a döndü

16:49 - 4 Yanvar 2018

Türkiyənin “Qalatasaray” klubu daha bir əfsanəsini geri qaytarıb.

 

Sportal.az xəbər verir ki, söhbət braziliyalı Klaudio Taffareldən gedir. İstanbul nəhənginin köhnə-yeni baş məşqçisi Fatih Terimin təyinatından sonra braziliyalının da bu kluba qaytarılacağına dair xəbərlər özünü doğruldub. Belə ki, “İmperator”, Taffareli özünə qapıçılarla iş üzrə köməkçi gətirib. Bu barədə məlumatı braziliyalı mütəxəssis sosial şəbəkədəki hesabından açıqlayıb.

 

O, "Qalatasaray"a qayıdışını belə şərh edib: "İstər futbolçu, istərsə də məşqçi kimi çalışdığım kluba geri dönməyin xoşbəxtliyini yaşayıram.  Mənə yenidən bu fürsəti verən klub rəhbərliyinə, xüsusən də komandanın baş məşqçisi Fatih Terimə təşəkkür edirəm".

 

Xatırladaq ki, Taffarel əvvəllər də “Qalatasaray”da qapıçılarla iş üzrə məşqçi kimi fəaliyyət göstərib. 52 yaşlı mütəxəssis 1998-2001-ci illərdə də bu komandada futbolçu kimi çıxış edib.

Xəbər xətti