"Qəbələ"dən sərt BƏYANAT

“Qəbələ” futbol klubu bəyanat yayıb.

 

Sportal.az saytının məlumatına görə, əyalət təmsilçisi “Qarabağ”ın futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb. Buna səbəb 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində millinin də şərəfini qoruyan hücumçunun səsləndirdiyi fikirlər olub.

 

Bəyanatda bildirilir ki, Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib: “Qəbələ” İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir.

 

Bütün bunları nəzərə alaraq, “Qarabağ”ın gənc futbolçusu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və Roman Qriqorçukdan üzr istəməsini gözləyirik”.

 

Tarix: 4 Yanvar [17:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2018
22  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio