Millimizin üzvü "Karabükspor"a təklif edildi

17:30 - 4 Yanvar 2018

“Bursaspor”  Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazı komandadan göndərməyin yollarını axarır.

 

Sportal.az xəbər verir ki, Bursa təmsilçisi forvardı “Karabükspor”a təklif edib. "Timsahlar" 29 yaşlı futbolçudan “Karabükspor”da oynayan Andre Biyoqo Pokonu transfer etmək üçün yararlanmaq niyyətindədir. Dənizlə yanaşı, Bilal Kısa, İsmail Konuk və Merter Yüce də qarşı tərəfə təklif olunub.

 

“Bursaspor” Pokonun əvəzində bu futbolçulardan ikisini və müəyyən məbləğ ödəməyə hazırdı.

 

Qeyd edək ki, millimizdə iki oyun keçirən Dəniz 2016-cı ildən "Bursaspor"da çıxış edir.

Xəbər xətti