Amit Quluzadə Yunanıstan klubunda

17:53 - 4 Yanvar 2018

Milli komandamızın sabiq futbolçusu Amit Quluzadə karyerasını Yunanıstan çempionatında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi II Liqa klubu olan "Aiqinaikos"la danışıqları müsbət yekunlaşdırıb. Quluzadə yaxın günlərdə Yunanıstana yollanacaq və yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək.

 

"Aiqinaikos" II Liqada 9 turdan sonra 11 xal toplayıb və 18 komanda arasında 13-cüdür.

 

Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində "Neftçi", "Kayseri Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Lissabon, Portuqaliya), "Sumqayıt" və AEL (Larissa, Yunanıstan) klublarında çıxış edib. Amitin son klubu "Səbail" olub.

Xəbər xətti