"Kəpəz"dən ayrılan futbolçu "Xəzər"lə müqavilə imzaladı

18:01 - 4 Yanvar 2018

I Divizionda çıxış edən "Xəzər" klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.

 

Sportal.az saytı klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün birinci yarısını Premyer Liqada "Kəpəz"də keçirmiş 24 yaşlı yarımmüdafiəçi Aydın Qasımovla mövsümün sonuna qədər müqavilə imzalanıb. 

 

Aydın Qasımov AZAL, “Qaradağ Lökbatan” və MOİK klublarının da şərəfini qoruyub.

 

Qeyd edək ki, "Xəzər" daha öncə 25 yaşlı yarımmüdafiəçi Tanrıverdi Məhərrəmlini "Səbail"dən icarəyə götürüb.

Xəbər xətti