Robert Prosineçki "Qarabağ"ın futbolçusunun baş məşqçisi oldu

18:10 - 4 Yanvar 2018

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina millisini çalışdıracaq. Ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bu gün Terme şəhərində keçirilən iclasında bu qərar verilib.

 

Prosineçki işinə yanvarın sonlarında başlayacaq. Bosniya və Herseqovina millisi yanvarın 28-də Los-Ancelesə təlim-məşq toplanışı keçirəcək və bu müddətdə 3 DÇ-2018-ə hazırlaşan Meksika ilə yoxlama oyunu keçirəcək.

 

Qeyd edək ki, "Qarabağ"ın qolkiperi İbrahim Şehiç Bosniya və Herseqovina millisinin üzvüdür.

Xəbər xətti