Mahir Mədətov: "Roman Qriqorçuk parodiyaya bir xeyli güldü" VİDEO

18:37 - 4 Yanvar 2018

"Qarabağ"ın futbolçusu Mahir Mədətov "Qəbələ"nin onunla bağlı bəyanatına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında Mahir həmin əhvalatı “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukdan icazə alındıqdan sonra danışdığını deyib:

 

“Orada kimisə parodiya etməyimi istədilər. Ağlıma Roman Qriqorçuk gəldi. Lakin dedim ki, onun kimi məşqçini parodiya etməyim yanlış anlaşıla, ayıb sayıla bilər. Həmin anda Roman Qriqorçuk kameranın arxasına gəldi. Verilişin aparıcılarına dedim ki, ondan icazə alın danışım. İcazə aldılar və o da normal qarşıladı. Hətta parodiyaya bir xeyli güldü. Onunla münasibətlərim də çox yaxşıdır. Hər kəslə əl verib görüşdüyü zaman mənimlə qucaqlaşıb salamlaşır. Dostlarımla da oturanda Qriqorçukun necə böyük məşqçi olduğundan danışırıq. Ona böyük hörmətim var. Taktikası, futbolu doğrudan da təqdirəlayiqdir. Videoya gəlincə, orda kimisə təhqir etməmişəm. Sadəcə icazəli olub. Üzr  istəməyimi gözlədiklərini yazıblar. Üzr istəmək böyüklükdür və mən burda problem görmürəm. Sadəcə maraqlıdır ki, ortada üzr istəməli bir şey yoxdur”.

 

Xəbər xətti