"Qəbələ" legioneri üçün 300 min tələb edir

00:09 - 5 Yanvar 2018

Hollandiyanın “Herenven” klubu “Qəbələ”nin futbolçusu Deyv Bultuisi transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, əyalət təmsilçisi 27 yaşlı müdafiəçini pulsuz buraxmaq istəmir. “Qəbələ” Bultuis üçün qarşı tərəfdən 300 min avro tələb edir.

 

“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, belə bir məsələ və hazırda tərəflər arasında danışıqlar davam edir.

 

Qeyd edək ki, Bultuis yayda azad agent kimi "Nürnberq"dən “qırmızı-qaralar”a keçmişdi.

Xəbər xətti