Renat Dadaşov İspaniyaya aparılmadı

12:35 - 5 Yanvar 2018

Almaniyanın "Ayntraxt" klubu mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, Frankfurt klubu 30 nəfərlik heyətlə İspaniyanın Mursiya şəhərində hazırlıq keçir. Komandanın baş məşqçisi Niko Kovaç daha öncə əsas komanda ilə məşqlərdə iştirak edən millimizin üzvü Renat Dadaşovu toplanışa cəlb etməyib. Getdikcə performansı aça bilməyən hücumçu əsas heyətin məşqlərinə az hallarda dəvət edilir. 18 yaşlı futbolçu U-19 komandasında hazırlaşacaq.

 

Qeyd edək ki, Renat Dadaşov ötən ilin qış transfer pəncərəsində "Leyptsiq"dən "Ayntraxt"a keçmişdi. Renat millimizin heyətində San Marinoya qarşı görüşdə debüt etmişdi.

Xəbər xətti