Zaur Svanadzenin yeni iş yeri məlum oldu

13:13 - 5 Yanvar 2018

"Keşlə"nin sabiq baş məşqçisi Zaur Svanadzenin yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, gürcüstanlı mütəxəssis ölkəsində çalışacaq. O, "Dinamo"nun (Tiflis) baş məşqçisi Kaxa Katçaravanın köməkçisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Svanadze 2016-cı ilin yayından 2017-ci ilin oktyabrına kimi "Keşlə"nin baş məşqçisi olub.

Xəbər xətti