"Qəbələ" Antalya toplanışına start verdi: Heyətdə yeni oyunçular

Bu gün Türkiyəyə yollanan “Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, əyalət təmsilçisi Antalyada təşkil olunan təlim-məşq toplanışına axşam hazırlığı ilə başlayıb. Toplanışın 1-ci günündə “qırmızı-qaralar”ın ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib.

 

Hazırlıq prosesində gənc oyunçular - qapıçı Əmrah Zülfüqarlı, müdafiəçi Faiq Hacıyev, yarımmüdafiəçi Abbas Ağazadə də iştirak ediblər. Əvəzedici heyətdən cəlb olunan oyunçular ilk dəfə əsas komanda ilə toplanışa qatılıblar. Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən Dion Malone də kollektivə qoşulub. O, ilk məşq günündə komandadan ayrı hazırlıq keçib.

Tarix: 6 Yanvar [00:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio