"Keşlə"nin Ukrayna klubu ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşdi

00:49 - 6 Yanvar 2018

"Keşlə"nin Antalyada təlim-məşq toplanışı zamanı Ukraynanın "Karpatı" ilə keçirəcəyi yoxlama oyununun vaxtı məlum olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma yanvarın 29-da keçiriləcək.

 

Qeyd edək ki, yanvarın 23-dən fevralın 2-ə qədər Türkiyədə hazırlıq keçəcək "Keşlə" 10 günlük toplanış müddətdində 3 görüşdə qüvvəsini sınayacaq. Yuri Maksimovun komandası "Karpatı"dan əvvəl, yanvarın 26-da "Rabotniçki" (Makedoniya), fevralın 1-də isə "Yenisey"lə (Rusiya) üz-üzə gələcək.

Xəbər xətti