Arsen Venger cəzalandırıldı

İngiltərə Futbol Federasiyası “Arsenal” klubunun baş məşqçsi Arsen Vengeri cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi üç oyunluq diskvalifikasiya və cərimə olunub. Buna sözügedən mütəxəssisin Premyer Liqanın son turunda “Vest Bromviç”lə oyundan sonra hakimlərin ünvanına səsləndirdiyi ifadələr səbəb göstərilir. Onun hakimlərin idarəçiliyi barədə narazı açıqlamaları 3 oyunluq cəza və 40 min funt-sterlinqlik cərimə ilə nəticələnib.

 

Beləliklə, fransalı məşqçi Federasiya Kuboku çərçivəsində “Nottingem Forest”lə, Liqa Kubokunda “Çelsi”ylə, Premyer Liqada isə “Bornmut”la oyunlarda komandasının yanında ola bilməyəcək.

Tarix: 6 Yanvar [12:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio