Cenk Tosun: "Necə futbolçu olduğumu onlara sübut edəcəm"

"Beşiktaş"ın futbolçusu Cenk Tosunun "Everton"a transfer olması haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü imza mərasimində önəmli açıqlamalar verib. 26 yaşlı hücumçu İngiltərə Premyer Liqasında özünü doğruldacağına inandığını bildirib:

 

"Everton"un futbolçusu olduğum üçün özümü xoşbəxt hiss edirəm. Komandanın forması ilə oyuna çıxmaq üçün həyəcanlanıram. "Everton"un böyük tarixə malik olduğunu və azarkeşlərin nə istədiyini bilirəm. Necə futbolçu olduğumu onlara sübut edəcəm. İnanıram ki, Premyer Liqada yaxşı işlər görəcəm.

 

Premyer Liqanın çətin bir çempionat olduğunun fərqindəyəm. Fiziki gücüm burada işimə yarayacaq. Eyni zamanda iki ayağımı da işlədə bilirəm. CƏrimə meydançasında bitirici olacağıma inanıram".

Tarix: 6 Yanvar [14:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Yanvar 2018
18  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio