Mustafa Dənizli Azərbaycan klubundan təklif aldı

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Cənubi Azərbaycanın “Traktorsazi” klubundan təklif alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında özü məlumat verib. O, hazırda İranda baş verən iğtişaşların müvəqqəti olduğunu bildirib. Lakin bu keçidin nə vaxt reallaşacağı barədə açıqlama verilmir.

 

Qeyd edək ki, Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Sözügedən komanda İran çempionatının geridə qalan 18 turundan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb. 

 

Xatırladaq ki, Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın “sükanı arxasında” çalışıb.

Tarix: 6 Yanvar [13:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio