Millimiz mövqeyini qorudu

15:15 - 6 Yanvar 2018

Futzal üzrə milli komandaların 2018-ci ildə ilk reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi siyahıda əvvəlki kimi 10-cu pillədə qərarlaşıb. Yığmamızın hesabında 1452 xal var.

 

Siyahıya Braziliya millisi (1931) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1878) və Rusiya (1740) yığmaları izləyir.

 

Xatırladaq ki, İspaniya millisi bu il Sloveniyada keçiriləcək Avropa çempionatında millimizin rəqiblərindəndi. Yığmamızın qitə birinciliyinin qrup mərhələsindəki digər rəqibi Fransa millisi (1256) isə 20-cı pillədə yer alıb.

 

1. Braziliya - 1931
2. İspaniya - 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1607
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan - 1452

Xəbər xətti