“Qəbələ”də yeni baş məşqçi

18:10 - 6 Yanvar 2018

“Qəbələ”də yeni təyinat gerçəkləşib. 

 

Sportal.az xəbər verir ki, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub. Bunadək klubun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.

 

Xatırladaq ki, 2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb. 

Xəbər xətti