Rəşad Sadıqovlu millinin ilk rəqibi məlum oldu

18:42 - 6 Yanvar 2018

Yanvarın 10-dan 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqiblərindən biri bəlli olub.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi kimi ilk toplanışa yollanacaq Rəşad Sadıqovun müəyyənləşən rəqibi Gürcüstan millisidi.

 

Qonşu ölkə təmsilçisi ilə görüş yanvarın 23-də baş tutacaq. Bu oyun Antalyanın Lara bölgəsində keçiriləcək. Gürcüstan millisinin baş məşqçisi Gia Tsetzadzedi.

 

Qeyd edək ki, Gia Tsetzadze Rəşad Sadıqova tanış simadı. O, “Samtredia”nın baş məşqçisi kimi Sadıqovun futbolçu kimi şərəfini qoruduğu “Qarabağ”la Çempionlar Liqasının təsnifat mərhələsində görüşüb. Qonşu ölkənin gənclərdən ibarət yığmasının məşqçilərindən biri də Zurab Xizanişvilidi. O, ölkəmizdə "Keşlə"nin şərəfini qoruyub. 

Xəbər xətti