Milli komandamızın sabiq futbolçusu "Xəzər"də

23:18 - 6 Yanvar 2018

"Xəzər" qış transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.

 

Sportal.az saytı klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, əldə olunan razılığa əsasən, mövsümün ilk yarısını "Binə"də keçirən Bəxtiyar Soltanovla ilyarımlıq müqavilə imzalanıb.

 

"Bakı" klubunun yetirməsi olan 28 yaşlı hücumçu "Qarabağ", "Kəpəz", "Araz" (Naxçıvan) və "Qəbələ"də də çıxış edib. Bəxtiyar Soltanov milli yığmamızın da şərəfini qoruyub.

 

Əlavə edək ki, "Xəzər" "Qəbələ"dən Ramil Həsənov və "Səbail"dən Tanrıverdi Məhərrəmlini icarəyə götürüb. "Kəpəz"dən ayrılan  Aydın Qasımov isə qəsəbə klubuna azad agent statusu ilə keçib.

Xəbər xətti