"Neftçi" I Divizion klubunun futbolçusunu transfer etdi

23:30 - 6 Yanvar 2018

"Neftçi" qış transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, I Divizion təmsilçisi "Binə"nin futbolçusu Fərid Abbaslı karyerasını "Neftçi"də davam etdirəcək.

 

20 yaşlı müdafiəçi "İnter"in (hazırkı "Keşlə") yetirməsidir. Abbaslı daha əvvəl MOİK-də və hazırda "Neftçi"nin baş məşqçisi olan Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da top qovub.

 

Qeyd edək ki, "Neftçi" "Qəbələ"dən Aqil Məmmədovla "Keşlə"dən İlkin Qırtımovu da rənglərinə bağlayıb.

Xəbər xətti