Eddi İsrafilov da 90 dəqiqə oynayarmış

11:50 - 7 Yanvar 2018

Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik" İspaniya Sequndasında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, "Ximnastik" 21-ci turda "Rayo Valyekano"nun qonağı olub. Matç İsrafilovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Nadir hallarda meydanda olan və ehtiyat oyunçular skamyasının daimi sakinə çevrilən Eddi bu dəfə 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 21 turdan sonra "Ximnastik" 24 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti