Budaq Nəsirov "Braqa"ya qarşı oynadı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın yarımmüdafiəçisi Budaq Nəsirov Portuqaliyanın "Sportinq" klubunun B komandasının heyətində növbəti matçına çıxıb. 

 

Sportal.az xəbər verir ki, gənc futbolçu II liqanın XIX turu çərçivəsində səfərdə "Braqa"nın B komandasına qarşı keçirilən matçda meydanda olub. Matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Zədəsini yeni bərpa edən həmyerlimiz oyuna start heyətində başlayıb və 63-cü dəqiqədə yerini Jovane Cabrala buraxıb. 

 

Qeyd edək ki, "Sportinq" bu heç-heçədən sonra xallarının sayını 25-ə çatdırıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.  

Tarix: 7 Yanvar [12:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio