"Liverpul" Koutinyoya əvəzləyici tapdı

14:07 - 7 Yanvar 2018

Filippe Koutinyonu 160 milyon avroya "Barselona"ya satan "Liverpul" braziliyalıya əvəzləyici tapıb.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" "Lester Siti"dən Riyad Mahrezi rənglərinə bağlamağa yaxındır. Bu barədə "beİN Sports France" məlumat yayıb. Bildirilir ki, bu keçid üçün "Liverpul" "tülkülər"ə 55 milyon avro ödəyəcək.

 

26 yaşlı əlcəzairli vinger 2014-cü ildən "Lester Siti"də çıxış edir. O, bu mövsüm 24 oyunda 8 qol vurub və 8 assist edib.

Xəbər xətti