Araz Abdullayev "Anortosis"in qələbəsində böyük pay sahibi oldu VİDEO

00:00 - 8 Yanvar 2018

Kipr çempionatında XIX tura start verilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi doğma meydanda AEK-lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Araz matça start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O sarı vərəqə almaqla yanaşı, qarşılaşmadakı qolların yaranmasında da fəal iştirak edib. Abdullayev üç qoldan ikisinin ötürməsini edib.

 

Qeyd edək ki, 19 oyundan sonra aktivində 40 xal olan “Anortosis” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

 

Xəbər xətti