"Real"a növbəti zərbəni "Selta" vurdu VİDEO

01:43 - 8 Yanvar 2018

İspaniya La Liqasında 18-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Real" səfərdə "Selta" ilə qarşılaşıb. 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2.

 

La Liqanın turnir cədvəlinə 48 xalla "Barselona" başçılıq edir. 39 xalı olan "Atletiko" 2-ci pillədə qərarlaşıb. "Valensiya" 37 xalla 3-cü, 1 oyun az keçirən "Real" 32 xalla 4-cüdür. 22 xal toplayan "Selta" isə 14-cü pillədə məskunlaşıb.

 

“Selta” – “Real” - 1:2

Qollar: Vass, 33, Qomes, 82 - Beyl, 36, 38

 

 

Xəbər xətti