Millimizin futbolçusu darmadağında pay sahibi oldu

12:03 - 8 Yanvar 2018

U-21 millimizin futbolçusu Ozan Can Kökçünün yeni klubu “Valveyk” yoxlama görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, Hollandiyanın ikinci liqa təmsilçisi 4-cü divizionda çıxış edən DOVO ilə matçda qüvvəsini sınayıb. Ozan da bu matçın iştirakçısı olub. Gənc vinger 65-ci dəqiqəsində qarşılaşmada son qolu vuraraq komandasının 4:0 hesablı qələbəsində pay sahibi olub.

 

Xatırladaq ki, Ozan Can Kökçü ötən il millimizdə çıxış etməkdən imtina etsə də, sonradan fikrini dəyişib. U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov 19 yaşlı futbolçunu Antalyada baş tutacaq təlim-məşq toplanışına dəvət edib.

Xəbər xətti