Araz Abdullayev: "Komandamızın qələbəsi daha vacibdir"

13:38 - 8 Yanvar 2018

Kipr çempionatının 19-cu turunda milli komandamızın üzvü Araz Abdullayevin forma geydiyi "Anortosis" AEK-lə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, Abdullayev vacib matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra Kipr mətbuatına açıqlama verib:

 

"Böyük oyunda qalib gəldiyimiz üçün sevinirik. Hər iki komanda yaxşı oyun sərgilədi. Qələbəni biz daha çox arzulayırdıq. 1-ci pilləni ələ keçirmək üçün 3 xala ehtiyacımız var idi. Azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində qalib gəldik. İki məhsuldar ötürmə üçün sevincliyəm. Komandamızın qələbəsi daha vacibdir. Oyunlarımız çətin olacaq, çünki zirvədə qərarlaşan komandaya qarşı xüsusi hazırlaşırlar".

 

Qeyd edək ki, Araz müqavilə ilə "Qəbələ"yə məxsusdur və icarə əsasında "Anortosis"də oynayır.

Xəbər xətti