“Sehrbaz Araz AEK-i məhv etdi”

Kiprin “Anortosis” klubunun yarımmüdafiəçisi Araz Abdullayevin ölkə çempionatının 19-cu turunun AEK-lə oyunundakı çıxışı yerli mətbuatın əsas mövzularından birinə çevrilib.

 

Sportal.az saytı xəbər verir ki, “themasports.com” portalı da millimizin üzvünün bu görüşdəki oyununu yüksək qiymətləndirib. Arazı öz yazısında “sehrbaz” adlandıran həmkarlarımız bunları qeyd ediblər:


“Sehrbaz Araz və Sisse AEK-i məhv etdilər. Abdullayev əla təsir bağışladı. “Anortosis”ə gəlişindən bu yana ən yaxşı oyununu sərgilədi. Azərbaycanlı futbolçu iki qol ötürməsi ilə komandanın qarşıya qoyduğu hədəfə çatmasına kömək etdi. Araz bununla “Anortosis”ə uyğunlaşdığını sübut etdi”.


Qeyd edək ki, AEK-ə 3:1 hesabı ilə qalib gəldikləri matçda inamlı oyunu ilə seçilən Araz iki məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 8 Yanvar [14:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2018
19  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio