Saşa Stamenkoviç Azərbaycana qayıdır?

16:58 - 8 Yanvar 2018

Azərbaycanda legioner həyatı yaşamış Saşa Stamenkoviçlə Lukas Mario Horvat yenidən ölkəmizə dönə bilərlər.

 

Sportal.az xəbər verir ki, bu barədə hər iki futbolçunun çıxış etdiyi Qazaxıstanın “Okjetpes”in keçmiş idman direktoru Rüstəm Rəcəbov açıqlamasında deyib. Qazaxıstan mətbuatına danışan Rəcəbov futbolçuların Azərbaycan, Kipr və Serbiyadan təklif aldıqlarını deyib. Onun sözlərinə görə oyunçulara təklif göndərən komandalar iddialı deyillər.

 

Qeyd edək ki, 33 yaşlı serbiyalı qapıçı Stamenkoviç ölkəmizdə 2011/15-ci illərdə "Neftçi"də çıxış edib. 32 yaşlı argentinalı yarımmüdafiəçi Lukas Mario Horvat isə 2012/15-ci illərdə "Bakı"nın şərəfini qoruyub.

Xəbər xətti