Ayaz Quliyevin yeni klubu məlum oldu

17:52 - 8 Yanvar 2018

Rusiyanın “Spartak” klubu Azərbaycan əsilli futbolçusu Ayaz Quliyevi növbəti dəfə icarəyə göndərir.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi 21 yaşlı yarımmüdafiəçini Premyer Liqanın digər təmsilçisi “Rostov”a icarəyə göndərib. Bu keçid tezliklə rəsmi şəkildə açıqlanacaq.

 

Ayaz mövsümün ilk yarısını icarə əsasında "Anji"də keçirib.

 

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, Rusiyanın U-21 millisinin üzvüdür.

Xəbər xətti