"Səbail" "Lokomotiv"lə qarşılaşacaq

18:13 - 8 Yanvar 2018

“Səbail” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ərzində dörd yoxlama oyunu keçirəcək. 

 

Sportal.az xəbər verir ki, sınaq rəqiblərindən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib.

 

Premyer Liqamızın debütantı 12 günlük hazırlıq prosesi çərçivəsində yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq. 

 

Oyunların saatları və digər rəqibin adı dəqiqləşdikdən sonra məlumat veriləcək.

 

Qeyd edək ki, "Səbail"in yanvarın 20-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək.

Xəbər xətti