UEFA 4 klubumuza maliyyə vəsaiti ayırdı

19:18 - 8 Yanvar 2018

2016/17 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Fair Play qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar.

 

Sportal.az xəbər verir ki, cərimələrdən toplanmış vəsait  UEFA Çempionlar Liqası  və Avropa Liqası turnirlərində iştirak etmiş digər klublar arasında bölünüb. Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80% , təsnifat mərhələsində çıxış edən klublar üçün 20%  nəzərdə tutulub.

 

UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb:
 
Qarabağ -  78300.00 avro
Qəbələ - 78300.00 avro
Neftçi -  8540.00 avro
Kəpəz – 8540.00 avro

Xəbər xətti