"Qəbələ"nin Antalyada 4-cü günü

2017-18-ci illər mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Antalya şəhərində hazırlıq keçən “qırmızı-qaralar” qonşu ölkədəki 4-cü günü iki məşqlə tamamlayıb. Komanda üzvləri günün ilk yarısında fitnes zalında çalışıb. Futbolçular fiziki hazırlıq təmrinlərini icra ediblər. Meydanda keçirilən ikinci məşq toplu çalışmalardan ibarət olub. Zədədən sonra kollektivə qoşulan Dion Malonenin fərdi məşqlə kifayətləndiyi hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Tarix: 9 Yanvar [00:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio