"Mançester Siti"nin Sançes israrı davam edir

11:11 - 9 Yanvar 2018

"Mançester Siti" mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aleksis Sançesin transferində fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" Çili millisinin üzvü üçün növbəti təklifə hazırlaşır. Təklifin 30 milyon funt-sterlinq civarında olması gözlənilir.

 

"Mançester Siti" yay transfer dönəmində Aleksis üçün 60 milyon funt-sterliqlik təklif göndərmişdi, lakin "topçular" Sançesin gedişinə razı olmamışdı.

 

"Mançester Siti" Sançeslə yanaşı, "Vest Bromviç Albion"un müdafiəçisi Conni Evansı da rənglərinə bağlamaq niyyətindədir.

Xəbər xətti