Millidə baş məşqçi istefası

13:07 - 9 Yanvar 2018

Qazaxıstan yığması baş məşqçisi Aleksandr Borodyukla yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə qərar Qazaxıstan Futbol Federasiyasın 2017-ci il hesabatında verilib.

 

Qazaxıstan yığması rusiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 7 oyundan 6-sında məğlub olub, 1 qarşılaşmada isə heç-heçə edib.

 

Qeyd edək ki, 55 yaşlı çalışdırıcı Rusiya millisində müxtəlif illərdə köməkçi məşqçi kimi işləyib.

Xəbər xətti