"Qarabağ"ın hədəfində olduğu iddia edilən futbolçuyla bağlı AÇIQLAMA

14:45 - 9 Yanvar 2018

Rumıniyanın "Dinamo" klubunun baş məşqçisi Vasile Miruta adı "Qarabağ"la hallanan Steliano Filiplə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis 23 yaşlı sol cinah müdafiəçisinə ehtiyac duyduqlarını deyib:

 

"Filip komandamıza lazımdır və inanıram ki, Steliano bizimlə qalacaq. Ancaq onu və klubu razı salan təklif gəlsə, komandamızdan gedə bilər. Ancaq təklif gəlib-gəlmədiyindən məlumatım yoxdur. "Dinamo"nun ona ehtiyacı var. Steliano "Dinamo"da püxtələşib. O, bunu başa düşməli və komandamızda qalmalıdır".

 

2012-ci ildən Buxarest "Dinamo"sunda çıxış edən futbolçu Rumıniya millisinə dəvət alır.

Xəbər xətti