"Neftçi"də oynamaq gözəl və xoş idi, amma..."

15:37 - 9 Yanvar 2018

"Düzü, "Srvena Zvezda"dan gedəndən sonra özümdə boşluq hiss edirdim. Çünki həmin vaxt futbol biznesə çevrilmişdi. Ancaq "Srvena Zvezda"da ürəklə, emosiyalarla oynayırdım. Mənə "Lyers" və "Neftçi"də oynamaq gözəl və xoş idi. Amma sevgisiz idi ki, belə olmasını xoşlamırdım. Sanki bu, mən deyildim".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq qapıçısı Boban Baykoviç deyib.  

 

"HotSport"a açıqlama verən qolkiper karyerasını başa vurub məşqçiliklə məşğul olmağı düşündüyünü bildirib: "Qapıçılarla çalışan məşqçi olmaq istəyirəm. B lisenziyalı məşqçi diplomum var. Təcrübə və biliklərə də yiyələnmişəm. Dayk Stoyanoviç və Viborko Koçeiçdən çox şey öyrənmişəm. Gənc və peşəkarlarla işləmək istəyirəm".

 

Qeyd edək ki, Baykoviç 2016-cı ilin oktyabrından 2017-cı ilin yayına kimi "Neftçi"nin şərəfini qoruyub.

Xəbər xətti