"Neftçi"nin ilk rəqibi bəlli oldu

15:56 - 9 Yanvar 2018

“Neftçi” 2017-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" "Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

 

Yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində isə rəqib dəyişib. "Neftçi” yanvarın 25-də Odessa "Çernomorets”i ilə deyil, Sofiya "Slaviya”sı ilə üz-üzə gələcək.

 

Xatırladaq ki, “Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.

Xəbər xətti