"Şüvəlan"da yeni təyinat

16:30 - 9 Yanvar 2018

Qarşısına yenidən premyer-liqaya vəsiqə qazanmaq məqsədi qoyan “Şüvəlan” futbol klubu bu yaxınlarda boş qalmış icraçı direktor postuna Seyidağa Babayevi təyin edib.

 

Sportal.az xəbər verir ki, Seyidağa Babayev futbol ictimaiyyətinə yad sima deyil. Vaxtilə U15 VƏ U17 yığmaların şərəfini qoruyan Seyidağa Babayev daha sonra da “Turan-Air” futzal klubunun və futzal yığmamızın formasını geyinmişdir. Babayev sonralar böyük futbola dönərək İranın 1-ci dəstəsində top qovmuşdur. Vətənə geri döndükdən sonra isə MOİK-in heyətində çıxış etmişdir. 

 

Qeyd edək ki, Seyidağa Babayev sonuncu dəfə “Zirə” klubunda icraçı direktor daha sonra isə uşaq futbol akademiyasının koordinatoru vəzifəsində çalışmışdır.

Xəbər xətti