AFFA bu üç klubu elitaya çıxarmağa hazırlaşır

16:47 - 9 Yanvar 2018

Növbəti mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasında klubların sayı artırıla bilər.

 

Sportal.az xəbər verir ki, hazırda Birinci Divizionda mübarizə aparan bir neçə klubun yüksək liqaya buraxılması gözlənilir. Məsələn, “Sabah” və “Xəzər” klublarının elitada oynayacağı bildirilir.

 

Premyer Liqaya buraxılması gözlənilən digər klub isə "Qaradağ Lökbatan"dı. Ancaq bu klub fərqli adla çempionata buraxıla bilər. Belə ki, sözügedən komandanın adının dəyişdirilib "Siyəzən" qoyulması gündəmdədi. Klubun elə bu adla da liqaya buraxılacağı bildirilir. (Dsport.az)

Xəbər xətti