"Qarabağ" Antalyada ilk məşqini legionerlərsiz keçirdi

00:39 - 10 Yanvar 2018

"Qarabağ" bu gün səhər saatlarında qış təlim-məşq toplanışını keçmək üçün Antalyaya yollanıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu günorta saatlarında IC Santai otelində məskunlaşıb. Komandanın legioner üzvləri yaxın bir neçə gün ərzində komandaya qoşulacaq.

 

Yerli saatla 18:30-da isə futbolçular 2018-ci ilin ilk məşqinə çıxıb. Hazırlıq baş məşqçi Qurban Qurbanovun futbolçularla toplantısıyla başlayıb. Daha sonra oyunçular yüngül qaçışların ardınca fiziki tapşırıqlarla məşqi yekunlaşdırıb.

Xəbər xətti