"Qəbələ" Super Liqa klubu ilə üz-üzə

11:11 - 10 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyə Super Liqa təmsilçisi “Akhisar”la üz-üzə gələcək. Roman Qriqorçukun yetirmələrinin Antalya toplanışındakı ilk rəqibi Super Liqanın cari mövsümündə 18 komanda arasında 12-ci pillədə yer alıb.

 

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Yoxlama oyunu

10 yanvar

 

18:00 Akhisar (Türkiyə) - Qəbələ (Azərbaycan)

Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası

Xəbər xətti