Hallidey: "Qəbələ"yə gedəndən bir həftə sonra qayıtmaq istəyirdim"

12:12 - 10 Yanvar 2018

"Qəbələ"nin mövsümün əvvəlində "Reyncers"dən icarəyə götürdüyü Endi Hallidey Qlazqo klubunun rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, vaxtından əvvəl Şotlandiya klubuna dönən Hallidey "Qəbələ"yə icarəyə verilməsindən 1 həftə sonra ayrılıq barədə düşündüyünü dilə gətirib:

 

“Geri döndüyüm üçün sevinirəm. Azərbaycanda keçirdiyim günlər haqda çox danışa bilməyəcəm. Çünki ora getdiyim gündən bir həftə sonra ayrılmaq istəyirdim. Ancaq bu, alınmazdı. Yanlış qərar veridyimi anladım. Transferdən öncə çox şeydən məlumatsız idim. Artıq pozitiv olmağa çalışırdım. Orada ingilis dilində bilən insanlar az idi. Hollandiyalı komanda yoldaşlarım ingiliscə bilirdilər. Onlarla ünsiyyətim alınırdı".

 

26 yaşlı yarımmüdafiəçi "Qəbələ"də təcrübəsinin artdığını deyib:

 

"Maraqlıdır ki, baş məşqçi 3 matçda məni mərkəz müdafiəçisi kimi oynatdı. Komandamızda bu mövqeydə oynayan futbolçular zədəli idi. Mən də məcburiyyətdən oynamalı oldum. Bu, mənim üçün ilk idi. Maraqlı təcrübə oldu. Avropa Liqası və ölkə kubokunda legioner limiti olmadığı üçün heyətə düşürdüm. Təbii ki, "Qəbələ"yə Avropa Liqasında oynamaq şansı olduğu üçün getmişdim. Lakin püşkdə bəxtimiz gətirmədi. Polşa klubunu mübarizədən kənarlaşdıq, lakin "Panatinaikos" önümüzü kəsdi. Qazandığım təcrübə üçün "Qəbələ"yə minnətdaram".

Xəbər xətti