"Qarabağ"ın legioneri İsveç klubunun hədəfində

12:25 - 10 Yanvar 2018

"Qarabağ" ötən ilin yay transfer pəncərəsində "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi ilə yolları ayıra bilər.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu zədə səbəbindən mövsümümn ilk yarısında az şans qazanan futbolçunu göndərmək istəyir. Baxmayaraq ki, Norveç millisinin üzvü ilə müqavilə mövsümün sonuna kimidir. Mərakeş əsilli vinger "Olimpiakos"un da planlarına daxil deyil. Tarikin xidmətində maraqlı olan klublardan birinin adı bəlli olub. İsveçin AİK komandası 29 yaşlı futbolçunu icarə əsasında rənglərinə bağlamaq istəyir. Bu barədə İsveç mətbuatı məlumat yayıb. Bildirilir ki, AİK bu keçid üçün "Olimpiakos"la danışıqlara start verib.

 

Qeyd edək ki, Elyunussi "Qarabağ"ın heyətində cəmi 8 oyun keçirib.

 

Əlavə edək ki, "Qarabağ" Elşən Abdullayevi "Zirə"yə icarəyə verib, Dino Ndlovunu isə Çinin "Hançjou Qrintaun" klubuna satıb.

Xəbər xətti